Çimərlik geyimində gəzmək qadağan olundu - XORVATİYADA

  • Müəllif: admin
  • 15 Avqust 2017 00:00

xorvatiya_348576

Xorvatiyanın Voditse kurort şəhərində küçədə çimərlik geyimində gəzmək qadağan olunub.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, bu, eyni qərarı qəbul etmiş beşinci Xorvatiya şəhəri olub.

Daha əvvəl Dubrovnik, Split, Makarsk və Hvar şəhərlərində eyni qadağa tətbiq olunmuşdu.

Bu təşəbbüslərin şəhərin katolik icmasından gəldiyi məlumat verilib.

Hvar şəhərində küçədə çimərlik geyimində gəzməyə görə 600 avro, sərxoşluğa görə 700 avro cərimə tətbiq olunur.

Gununsesi.info