Çin Şimali Koreya neftini satışa çıxarır?

  • By admin
  • 28 Dekabr 2017 21:06


Çinin Müdafiə Nazirliyi Şimali Koreya neftinin Çin gəmiləri ilə daşınması haqqında yayılan məlumatları əsassız adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Rəsmi Pekinin Koreya yarımadası ilə bağlı mövqeyi birmənalıdır. Biz Koreya yarımadasında yaranmış vəziyyətin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Çin hökuməti və Çin ordusu BMT-nin qərarlarına tam şəkildə riayət edir”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Çin gəmilərinin Şimali Koreya neftini açıq dənizdə satışa çıxarması ilə bağlı məlumatlar yayılmışdı.

Gununsesi.info