“Çinar” Milli Mədəni Mərkəzinin təşəbbüsü ilə maraqlı layihə həyata keçirilib - FOTOLAR

  • By admin
  • 22 May 2023 13:45

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” Milli Mədəni Mərkəzinin təşəbbüsü ilə maraqlı layihə həyata keçirilib.

Layihə çərçivəsində soydaşlarımız etno-imla yazmaqla birinci yer ugrunda yarışıblar. Layihənin rəhbəri, “Çinar” MMM-nin sədr müavini, filoloq Ulviyyə Abbasovanin verdiyi məlumata görə, layhiə iki əlamətdar gün – 28 May Respublika gününə və mərhum öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Layihənin məqsədi Rusiyada yaşayan soydaşlarımız arasında hər iki əlamətdar günü birlikdə qeyd etmək, ana dilimizin azyaşlı soydaşlarımız tərəfindən unudulmamasına xidmət etməkdir. “Əslində imlanı uşaqlarımız arasında keçirməyi nəzərdə tuturduq. Sevindirici haldir ki, elan verildikdən sonra qeydiyyatdan uşaqlarımızla yanaşı, böyuklər de kecdi və cox maraqla iştirak etdilər”- deyə qeyd edən Ü. Abbasova bu cür layihələrin davamlı olacağını vurğulayıb.

Müsabiqənin nəticələrini filoloq soydaşlarımız qiymətləndirib və iki kateqoriyada ilk üç yerin qaliblərini müəyyənləşdiriblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Gununsesi.info