Cüdoçularımız iki qızıl medal qazandı

  • By admin
  • 16 Sentyabr 2016 23:34

cu

 

İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Gununsesi.info-nun məlumatına görə, yarışın ilk günü cüdoçuları iki qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı finala gedən yolda türkiyəli Oğuzhan Karaca, macarıstanlı Daniel Monori və gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. Qurbanlı həlledici görüşdə Rusiya cüdoçusu Ali Pafov üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da uğurlu nəticəyə imza atıb. O, rumuniyalı Aleksandru Raicu, polşalı Tomasz Czerniaşski, Böyük Britaniyalı Danile Povel və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Katsiaşvilini də məğlub edən Heydərov Avropa çempionu olub.

 

Gununsesi.info