
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 08:05-də başa çatıb.
Anar
Gununsesi.info










