Dənizdə boğulan iki gəncdən birinin meyti çıxarılmayıb

  • By admin
  • 01 Avqust 2017 18:00

as1501595821

Son vaxtlar müxtəlif səbəblərdən dənizdə batma halları artıb. Küləkli havalarda dənizin dalğalı olmasına əhəmiyyət verməyən bəzi gənclər öz həyatlarını təhlükəyə atdıqlarının fərqinə varmırlar. Elə şəkildəki bu gənc kimi… 

Gununsesi.info xəbər verir ki, iyulun 30 -da axşam radələrində Hadızadə Hüseyn Kazım oğlu və Əliyev Elşən Nazim oğlu Pirşağı çimərliyiundə boğulublar. Qohumlarının verdiyi məlumata görə, Hüseynin meyiti tapılıb sudan çıxarılıb.

Şəkildə görünən Elşənin meyiti aşkar olunub, amma çıxarılmayıb. Qohumlarının dediyinə görə, FHN əməkdaşları bildiriblər ki, “Elşənin meyiti dəmirlərin arasında ilişib qalıb. Dəniz dalğalı olduğundan hələ ki çıxarmaq olmur”.

Gununsesi.info