Dağıstanda mikroavtobusla yük avtomobili toqquşub - ölən və yaralananlar var

  • By admin
  • 13 İyun 2018 22:50

Картинки по запросу Dağıstanda mikroavtobusla yük avtomobili toqquşub

Dağıstanın Qarabudaqkənd rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info TASS agentliyinə istinadən verdiyi xəbərə görə, mikroavtobus və yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-ü uşaqdır. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.