İranda 4,7 bal gücündə zəlzələ olub

  • By admin
  • 13 İyun 2018 22:47

 

iranda 4 7 bal gucunde zelzele olub

 İranın cənub-şərq bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.

 Gununsesi.info -nun xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 21:17-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.