Daha bir Kəlbəcərlinin təsərrüfatına qəsd edildi – VİDEO

  • By admin
  • 18 May 2020 15:52
Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov vətəndaşların təsərrüfatına ziyan vuran şəxslərin əməlləri ilə bağlı özünün sosial şəbəkə hesabında yazı paylaşıb.
O, son günlər Kəlbəcərlilərin təsərrüfatına qarşı soyqrım kampaniyasının başlandığını qeyd edərək ,ölkə prezidentindən məsələnin kökünün araşdırılması üçün ciddi tapşırıq verilməsini xahiş edib.
Gununsesi.org həmin müraciəti olduğu kimi oxucularına təqdim edir:
“Bu nə biabırçılıqdır? Elə bil kimsə Kəlbəcərlilərin əmlakına qarşı qeyri insani soyqrım başladıb. Aldığım məlumata görə Kəlbəcər sakini Fazil Təhməzova məxsus gördüyünüz bu atı dünən Ucar rayon ərazisində qəsdən vurub öldürüblər. Öldürən şəxs məlum olsa da, Ucar Polisi nədənsə hərəkətə keçmir. Özüdə elə öldürüblər ki, insanlığa sığmayan şəkildə.
Mən ölkə prezidentinə bir daha müraciət edərək xahiş edirəm ki, bu məsələnin əsl kökünü araşdırması üçün hüquq mühafizə orqanlarına ciddi tapşırıq versin. Kəlbəcərlilərin heysiyyatına toxunanların məqsədi və məramı nədir?”.

Gununsesi.org