Daha bir seçici dünyasını dəyişdi - Səsvermə dayandırıldı

  • By admin
  • 08 Oktyabr 2016 17:29

d1c8c29c5ed3e82bc0a6ee8d4b9e8bd3

Parlament seçkiləri keçirilən Gürcüstanda  daha bir seçici dünyasını dəyişib.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə Batumidə qeydə alınıb. Belə ki, 83 yaşlı kişi 51 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra məntəqədən çıxıb. Məntəqəni tərk edən seçicinin qəfil vəziyyəti pisləşib və o yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə səbəbindən seçki məntəqəsində bir müddətlik səsvermə dayandırılıb.

Gununsesi.info