Yeni körpü istifadəyə verildi - "Turistlər daha da çox gələcək"

  • By admin
  • 08 Oktyabr 2016 17:39

rov-yol

Şamaxı rayonunun Dəmirçi kəndində, eyni adlı çayın üzərində tikilən körpü istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, körpünün açılış mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrell, hər iki şirkətin vitse-prezidentləri, Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Dəmirçi çayı üzərində tikilmiş körpü ümumi əhalisi min nəfərədək olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək.

Kənd sakinləri qarşısında çıxış edən R.Abdullayev deyib ki, körpünün inşası Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: “İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək”.

SOCAR-ın prezidenti vurğulayıb ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək, bütün evlərin dam örtüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək.

Gununsesi.info