
15 iyul dövlət çevriıişinə cəhdlə bağlı TBMM-də fəaliyyət göstərən Darbe Komissiyası hazırladığı hesabatını son variantını parlamentin sədrinə təqdim edib.
Gununsesi.info-nun Türkiyə mediasına istonadən xəbərinə görə, hesabat təqdim olunar-olunmaz onun ətrafında gərgin müzakirələr və qalmaqal yaşanıb.
Darbe Komissiyasının hazırladığı hesabatın son variantına CXP və CXP lideri Kamal Kılıçdaroğlu ilə bağlı 3 səhifəlik ittiham əlavə olunub.
Həmin 3 səhifəlik ittihamda CXP və genəl başqan Kılıçdaroğlu “FETÖ” ilə işbirliyində suçlanır.
Bu ittihamlar isə Darbe Komissiyasının üzvləri-AKP-lilərlə CXP-lilər arasınsa “söz savaşı”na səbəb olub.
CXP-lilər AKP-liləri, xüsusilə, Darbe Komissiyasının başqanı Reşat Peteki “FETÖ”-çü olmaqda ittihamlayıblar.
CXP sözçüsü Levent Gök isə Petekə “maskanı çıxar”-deyə, müraciət edib.
“Sən özün boğazınacan “FETÖ”-yə bulaşmısan. Sən nədən danışırsan, kimi ittiham edirsən? Artıq maskanı çıxar”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info