Demokratiyası ilə öyündüyümüz bir Türkiyəmiz vardı - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 08 Mart 2023 22:26

Bəzi dostlar mənə irad bildirir ki, Ərdoğanı nədən tənqid edirsən, axı, o, buna layiq deyil.
Əsas arqument də budur ki, 44 günlük Vətən savaşımızda Türkiyə yanımızda oldu.
Türkiyə tarixin bütün sınaqlarında yanımızda olib.
Nuru Paşanın komandanlığı ilə Bakını yadellilərdən təmizləmişik.
Müstəqilliyimizi ilk tanıyan Türkiyə olub.
Birinci Qarabağ savaşında türklər könüllü döyüşüb.
Ərdoğan hökuməti dövründə də eyni dəstək olub.
Sadəcə bir fərq var.
Ərdoğan bu müharibədən xeyli pul  qazandı.

Digər məqam, Ərdoğan öz ölkəsində avtoritarizm yaradıb.
Demokratiyası ilə öyündüyümüz bir Türkiyəmiz vardı.
İndi o da yox olur.
Adam ölkədə sultanlıq edir.
Avropa Məhkəməsinin hesabatına görə Türkiyə şikayət sayına görə Avropa Şurasına üzv ölkələr arasında 1 -ci yerdədir.

Ölkənin ziyalıları, jurnalistləri təhdid altındadır. 3 minə yaxın siyasi məhbus var.
Apardığı bu siyasət nəticəsində öz xalqı iri şəhərlərdə (İstanbul, Ankara və sair) yerli seçkiləri məğlub olub.
Bölgələrdəki səsləri isə kasıb ailələrə kömür, yardım paylamaqla qazanıb.

Deməyim odur ki, öz xalqının getdikcə üz döndərdiyi bir adamı bizim müdafiə etməyimiz türk xalqına nəzakətsizlikdir.

Ən əsas məqam: Ərdoğan bu gün Putinə, Əsədə əl uzadır. Əli yüz minlərlə insanın qanına batan diktatorlara əl uzadan adamı necə dəstəkləmək olar?

Mən Ərdoğanla ilk görüşən, ilk müsahibə alan jurnalist olmuşam.

Hansısa xüsusi qərəzim yoxdur!

Mən “Bay Kamal” deyirəm!

Pərviz Həşimli 

Gununsesi.info