
FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçusu Deniz Yılmazla bağlı müraciətinə baxıb.
Gununsesi.info AFFA-ya istinadən məlumat verir ki, dünyanın ali futbol qurumu federasiyanın müraciətiylə bağlı aşağıdakı qərarları qəbul edib:
AFFA və futbolçu Deniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
Futbolçu Deniz Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FIFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.
Anar
Gununsesi.info









