Depozit hərracının nəticələri açıqlandı

  • Müəllif: admin
  • 26 Dekabr 2016 16:02

merkezi bank

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Bankdan Gununsesi.info-ya bildiriblər ki, dekabrın 26-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,10 faiz təşkil edib.

Gununsesi.info