“AFFA rəhbərliyinə səslənirəm. Komandanın başında duran adamlar sponsor adı ilə gəldilər, amma ortada heç bir real sponsorluq yoxdur. Nəticələr də göz önündədir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin iclasında Gəncə futbolunun vəziyyəti ilə bağlı çıxış edərkən bildirib.
O, “Kəpəz” PFK-nın Premyer Liqadakı acınacaqlı vəziyyətini gündəmə gətirib:
“Yeni və beynəlxalq standartlara uyğun stadion istifadədədir, FİFA və UEFA dəstəyi ilə inşa olunmuş, ölkənin ən müasir futbol akademiyası Gəncədə fəaliyyət göstərir, komandanın ixtiyarında üç məşq stadionu var, lakin bu infrastrukturun fonunda Kəpəz Premyer Liqada sonuncu yerdə qərarlaşıb”.
Deputat məsuliyyəti birbaşa AFFA rəhbərliyinin üzərinə qoyub.
M.Cəfərov qeyd edib ki, bu vəziyyət həm Gəncə ictimaiyyətini, həm də Kəpəz azarkeşlərini ciddi narahat edir.
“Belə infrastruktura sahib olan bir komandanın liqada qalmaq uğrunda mübarizə aparması qəbul edilən deyil”, – deyə o vurğulayıb.
Millət vəkili AFFA-nı mövcud imkanları düzgün qiymətləndirməyə çağırıb.









