Digər universitetlərdən UNEC-ə köçürülən tələbələrlə tanışlıq görüşü keçirilib - FOTO

  • By admin
  • 20 Noyabr 2017 12:36

UNEC-də digər universitetlərdən köçürülən tələblərlə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, tanışlıq xarakteri daşıyan görüşdə UNEC-in tələbə rektoru Cabbar Hüseynli və tələbə təşkilatlarının rəhbərləri iştirak edib.

C.Hüseynli tələbələrə UNEC barədə geniş məlumat verərək, burada həyata keçirilən ikili diplom, mübadilə və xüsusi təqaüd proqramlarından söz açıb. Tələbələrə Elektron Universitet Modeli barədə ətraflı məlumat verən tələbə rektor onların şəxsi kabinetdən istifadəyə dair suallarını cavablandırıb. UNEC Karyera Mərkəzindən bəhs edən C.Hüsenli tələbələrin öz startap layihələrini İnnovativ Biznes İnkubatorunda reallaşdıra biləcəklərini qeyd edib. O, xüsusi bacarığı ilə fərqlənən tələbələr üçün Yaradıcılıq Mərkəzinin fəaliyyət göstərdiyini də bildirib.

Tələbə təşkilatlarının sədrləri rəhbərlik etdikləri qurumlar barədə ətraflı məlumat verərək, həyata keçirdikləri layihələrdən bəhs ediblər.

Gülnaz Qənbərli

Gununsesi.info