Dmitriy Peskov: “Tərəflər təhlükələrə operativ reaksiya verməlidirlər”

  • By admin
  • 04 İyul 2016 14:48

pekov

 

Ankara və Moskva terrorizmə qarşı mübarizədə informasiya mübadiləsini gücləndirməlidir. İstambuldakı terror aktı bir daha sübut etdi ki, digər ölkələrin belə təhlükələrlə bağlı informasiyalarına reaksiya vermək lazımdr. Gununsesi.info Rus mediasına istinadən xəbər verir ki, bu fikri RF prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib. “Ona görə də Rusiya və Türkiyə terror hadisələrinin qarşısını almaq məqsədi ilə informasiya mübadiləsini gücləndirməli və kanallarını işə salmalıdır. İş orasındadır ki, xüsusən də Avropa ölkələrində terrorçuluqda şübhəli bilinən və ya nə zamansa iştirak edən şəxslər barədə tərəflər bir birini məlumatlandırmalıdır”.

İstambulda terror aktını törədən kamikadzelərin ikisində Rusiya pasportunun olması faktına aydınlıq gətirən Peskov deyib ki, bildiyiniz kimi son zamanlar iki ölkə arasında informasiya mübadiləsi aparılmayıb: “Ona görə də qısa zaman arasında bu problem aradan qaldırılmaslı və tərəflər belə təhlükələrə qarşı operativ reaksiya verməlidirlər”.

 

Gununsesi.info