Donald Tramp OPEC-in fəaliyyətindən narazılığını bildirib

  • By admin
  • 13 İyun 2018 23:14

Картинки по запросу tramp

 ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib. 

Dövlət başçısı bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb”, – deyə o, qeyd edib.

Xatırladaq ki, D.Tramp buna oxşar açıqlamanı apreldə də paylaşıb və o zaman əmtəə birjalarında neft qısa müddətə ucuzlaşıb.