
Qurban bayramında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) gücləndirilmiş iş rejimində çalışacaq.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. O qeyd edib ki, DBNX gücləndirilmiş iş rejiminə keçməklə Bakı və regionlarda vəziyyətə tam nəzarət edəcək.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 12-13-də qeyd olunacaq.
Gununsesi.info