Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək

  • By admin
  • 19 Sentyabr 2016 14:31

325440

Sentyabrın 20-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.

ƏMDK-dan Gununsesi.info-ya bildirilib ki, hərrac komitənin İnformasiya Texnologiyaları Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, ötən hərracda, ümumilikdə, 36 dövlət əmlakı satılıb. Özəlləşdirilmiş əmlaklardan 9-u səhmdar cəmiyyətin 30 faizlik hissəsi, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi olub.

Gununsesi.info