“Dövlət başçısının siyasi iradəsi korrupsiyaya qarşı mübarizədə qarşıya mühüm vəzifələr qoyur” - Kamran Əliyev

  • By admin
  • 15 İyul 2016 14:43

kam

 

 

“Dövlət başçısının siyasi iradəsi və qətiyyəti korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar qarşısında mühüm vəzifələr qoyur”.

 

Gununsesi.info-nun məlumatına görə, bunu baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

 

K.Əliyev vurğulayıb ki, ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2016-ci ilin birinci yarımili ərzində də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb: “Azərbaycan prezidenti İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirib”.