“Qarabağ”–ın rəqibi müəyyənləşdi

  • By admin
  • 15 İyul 2016 14:50

pusk

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Gununsei.info“-nun məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Ağdam komandası Lüksemburq “Düdelanj”ını üstələsə, Çexiya “Viktoriya”sı ilə üz-üzə gələcək.

Türkiyə təmsilçisi “Fənərbağça” isə Fransa “Monako”suna rəqib olub.

Püşkatmanın nəticələri:

Çempionlar Liqası, III təsnifat mərhələsi

Çempionlar Marşrutu

“Rusenborq” / “Norrçöpinq” (Norveç) cütünün qalibi – APOEL (Kipr) / TNS (Uels) cütünün qalibi

“Dinamo” Zaqreb (Xorvatiya) / “Vardar” (Makedoniya) cütünün qalibi – “Dinamo” (Tiblisi, Gürcüstan) / “Alaşkert (Ermənistan) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan”) – “Şerif” (Moldova) / “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Astana” (Qazaxıstan) / “Jalgiris” (Litva) cütünün qalibi – “Seltik” (Şotlandiya) / “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Trençin” / “Olimpiya” (Sloveniya) cütünün qalibi – “Legiya” (Polşa) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Azərbaycan) / “Düdelanj” (Lüksemburq) cütünün qalibi

“Astra” (Rumıniya) – “Kopenhagen” (Danimarka) / “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

BATE (Borisov, Belarus) / SJK (Finlandiya) cütünün qalibi – “Hafnarfyordur” (İslandiya) / “Dandolk” (İrlandiya) cütünün qalibi

“Ludoqorets” (Bolqarıstan) / “Mladost” (Monteneqro) cütünün qalibi – “Srvena Zvezda” (Serbiya) / “Valletta” (Malta) cütünün qalibi

“Ferentsvaroş” (Macarıstan) / “Partizani” (Albaniya) – “Zalsburq” (Avstriya) / “Liepaya” (Latviya) cütünün qalibi

Liqa Marşrutu

“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)

“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya)

“Şaxtyor” (Ukrayna) – “Yanq Boyz” (İsveçrə)

“Rostov” (Rusiya) – “Anderlext” (Belçika)

“Fənərbağça” (Türkiyə) – “Monako” (Fransa)

Qeyd edək ki, ilk oyunlar 26-27 iyulda, cavab görüşləri 2-3 avqustda keçiriləcək.