Dünya Çempionatı-2018:  Bu gün 4 oyun keçiriləcək  

  • Müəllif: admin
  • 16 İyun 2018 09:56
Dünya Çempionatı-2018-in ilk turunun oyunları davam edir.

Modern.az xəbər verir ki, bu gün daha 4 görüş keçiriləcək.

İlk olaraq meydana Fransa və Avtraliya milliləri çıxacaq. Mundialın favoritlərinin hesab olunan Didye Deşamın komandasının Avtraliya ilə oyunda qələbə şansı yüksək qiymətləndirilir.

Digər görüşdə Argentina İslandiya ilə üz-üzə gələcək. Son Avropa çempionatında sürpriz nəticə ilə yadda qalan avropalıların Lionel Messinin kapitanı olduğu komandya qarşı oyunu maraqla gözlənilir.

Peru- Danimarka matçı da maraqlı mübarizə vəd edir.

Günün son oyununda isə Xorvatiya Nigeriya ilə üz-üzə gələcək.

16 iyun

DÇ-2018

I tur

C qrupu

14:00. Fransa – Avstraliya
Hakimlər
: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay)
Kazan, “Kazan Arena”

 

D qrupu

17:00. Argentina – İslandiya
Hakimlər:
 Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa)
Moskva, “Spartak” stadionu

C qrupu

20:00. Peru – Danimarka
Hakimlər
: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair)
“Saransk, “Mordoviya Arena”

 

D qrupu

23:00. Xorvatiya – Nigeriya
Hakimlər
: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya)
Kalininqrad, “Kalininqrad” stadionu