“Dünyada eyni anda ən çox metro xətləri tikən şəhər olduq” – İmamoğlu

  • By admin
  • 11 Yanvar 2023 14:27

Türkiyənin tanınmış siyasətçisi, İstaanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu metro çalışmaları ilə bağlı növbəti dəfə xalqa hesabat verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sədr bildirib ki, İstanbul şəhərində metro tikintisi üzrə rekord qırılıb. Eyni anda 10 metro xətti eyni anda inşa edilir.

“Bu işlər zamanı 10.000-dən çox insanla yerinə yetirilir. Keçmiş dönəmlərdə maliyyə və proyekt problemləri səbəb göstərilərək dayandırılan metro xətlərini tək-tək həyata keçiririk”, – deyə İmamoğlu vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info