Dünyanın ən varlı-gənc milyarder xanımı 9 milyard dollara sahibdir - FOTOLAR

  • By admin
  • 25 Mart 2017 12:28
 unnamed (5)
 
2017-ci ildə  dünyada ən varlı insanlar sırasında qadınların sayı maksimum həddə çatıb. 
Dünyanın ən varlı insanları siyahısında 227 qadın yer alıb ki, onların ümumi gəlirləri 852,8 milyard dollar təşkil edir.
Gununsesi.info xəbər verir ki, Forbes 2017-ci ildə dünyanın  ən varlı qadınlarının adını açıqlayıb.
unnamed (4)
“Forbes”in açıqlamsına görə, 2017-ci ildə dünyanın ən varlı insanları siyahısına  2043 nəfər  daxil edilib ki, bunların da 227-si qadındır. Yəni, dünyanın ən varlı insanlarının 11%-ni qadınlar təşkil edir.
Qeyd edək ki, 2016-cı ildə  bu siyahıda 202 qadın yer alıb.
unnamed (3)
Dünyanın ən varlı qadınları siyahısına  39,5 milyard dollarla L”Oreal-ın sahibi 94 yaşlı, fransalı xanım Lilian Bettankur başçılıq edir.
İkinci yeri33,8 milyard dollarla Walmart maqazinlər şəbəkəsinin sahibi 67 yaşlı, amerikalı   Elis Uolton, 3-cü yeri 27 milyard dollarla 77 yaşlı amerikalı Jaklin Mars, 4-cü yeri 25,2 milyardla 99 yaşlı italiyalı Mariya Franka Fissolo, 5-ci yeri 20,4 milyard dollarla 54 yaşlı alman Süzanna  Klatten, 6-cı yeri 20 milyard dollarla 53 yaşlı amerikalı Loren Pauel Cobs, 7-ci yeri 15 milyardla 63 yaşlı avstraliyalı Corcina Raynxart, 8-ci yeri 14,4 milyardla 55 yaşlı amerikalı Ebiqeyl Conson, 9-cu yerdə 13,7 milyardla 74 yaşlı Çilidən olan Ayris Fontbon, 10-cu yerdə 13,6 milyard dolarla almaniyalı  Beate Xeyster qərarlaşıb.
unnamed (2)
Ən gənc milyarder xanımı  isə  çinli Yan Xueyyan 9 milyard dollarla dünyanın ən varlı qadınlar siyahısında 14-cü yerdə, dünyanın ən varlı insanları arasında isə 140-cı yerdə qərarlaşıb.
1981-ci il təvəllüdlü  Yan Xueyyan hazırda  Country Garden Holdings şirkətinin baş aksioneri  sayılır.
Şirkət əsasən Çində elit binalar tikməklə məşğuldur.
Yan 2003-cü ildə ABŞ-da  Ohayo ştat Universitetini bitirib.
Mürtəza
Gununsesi.info