Ekoloji cəhətdən ən təmiz və çirkli meyvlərin ADLARI AÇIQLANDI

  • By admin
  • 17 Aprel 2018 23:46

Amerikanın Ekologiya İşçi Qrupu 2018-ci ilin “Zərərli Məhsulları” siyahısını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, ekoloji baxımdan 2018-ci ilin ən kirli və zərərli meyvəsi çiyələkdir.

Aparılan araşdırmalara görə, 2018-ci ilin ən təhlükəli məhsulları siyahısında çiyələk birinci gəlir. Buna səbəb giləmeyvənin tərkibindəki pestisit qalıqlarının çox olmasıdır. Zərərli məhsullar siyahısına orqanizm üçün faydalı olan ispanaq, şaftalı, tüksüz şaftalı, alma və gilas da daxil edilib.

Bununla yanaşı ən təmiz məhsulların da siyahısı təqdim edilib.

Ekologiya qrupunun hazırladığı siyahıya daxil olan ən təmiz 15 məhsul bunlardır:

Kələm, qarğıdalı, avokado, ananas, soğan, noxud, badımcan, qulançar, qarpız, kivi, brokkoli.

Gununsesi.info