Elçin Quliyevin yanında iş verib, çiyninə general rütbəsi taxdığı oğlanları - YENİLƏNDİ/ FOTO

  • By admin
  • 23 İyun 2020 09:53

 

Dövlət Təhlükəsizlik Xİdmətinin və Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin Dövlət Sərhəd Xidmətində keçirdiyi anti-korrupsiya əməliyyatları hələ də cəmiyyətdə müzakirə mövzusudur.

Bu arada Dövlət Sərhəd Xidmətində çalışan hərbi qulluqçular Gununsesi.org-a maraqlı bir foto yollayıb.

12 iyun 2019-cu ildəki məşhur 5 km uzunluğu olan bayrağın paradında çəkilən fotoda Elçin Quliyevin kiçik oğlu Əli Quliyev də əks olunub.

Fotoda görünən Əli Quliyev general rütbəsində görünür. Bu isə Elçin Quliyevin özbaşınalığına bir sübut sayılmalıdır. Çünki, ölkədə general rütbəsini Prezident verir.

Bu faktı redaksiyamıza təqdim edən mənbəmiz daha bir məqama diqqət yetirir: ” Elçin Quliyevin digər oğlu Məhəmməd Quliyev isə DSX-nin zabitidir , leytenant rütbəsində istintaq idarəsində işləyir. Axı,  yaxşı bilir ki, bu əməli “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunla qadağandır”.

P.S. Qeyd edək ki, xəbərin ilkin variantında Elçin Quliyevin çiyininə general rütbəsi taxdığı oğlu kimi Əli yox, Məhəmməd göstərilmişdi.

 

Gununsesi.org