“Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyevin ona siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət etməsindən xəbərsizəm”.
Bu haqda Gununsesi.info-ya XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında belə deyib. H.Hacızadə bildirib ki, məsələ tam araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev sosial şəbəkədəki səhifəsində ona siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət etməsi haqda status yazıb.
E.Baxşiyev işdən çıxarılması haqqında da ərizə yazdıöı ba qeyd edib. O bunu Azərbaycan hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə qarşı təzyiq göstərilməsini səbəb kimi göstərib..
Qeyd edək ki, E.Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, hazırkı vəzifəsinə təyin olunub.
Xatırladaq ki, 2016-cı ildə Azərbaycanın Avropadakı diplomatik korpuslarında çalışan diplomatlarının da Avropa ölkələrindən və Avstraliyadan onlara siyasi sığınacaq verilməsi üçün etdikləri müraciətlə əlaqədar qalmaqal baş vermişdi.
Gülnaz Qənbərli
Gununsesi.info