Emmanuel Makron Rusiyaya rəsmi səfər edəcək

  • Müəllif: admin
  • 16 Aprel 2018 09:06

Fransa prezidenti Emmanuel Makron Rusiyaya səfər edəcəyini təsdiq edib.

Gununsesi.info xəbər verir ki, Fransa prezidenti “BFMTV” telekanalına müsahibəsi zamanı səfərin may ayında baş tutacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Emmanuel Makronun Moskva və Sankt-Peterburqa səfər edəcəyi bildirilirdi. Şərqin Suriyaya endirdiyi zərbələrdən sonra Fransanın XİN rəhbəri Jan-iv Le Drian bildirmişdi ki, Makronun Rusiyaya səfəri dəqiqdir.

Gununsesi.info