Emre “Sapphire Rezidans”da aldığı evi Terimin qızına hədiyyə etdi

  • By admin
  • 23 Noyabr 2016 21:34

3-9261-1

Məşhur futbolçu Emre Belözoğlu Fatih Terimin qızı Buse Terimlə həyat yoldaşı Volkan Bahçekapılıya valideyn olduqlarına görə bahalı hədiyyə verib.

Gununsesi.info-nun “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, Bahçekapılının əmisi oğlu olan E. Belözoğlu “Sapphire Rezidans”da aldığı evi cütlüyə hədiyyə edib. Buradakı evlərin qiymətinin 1 milyon dollardan 7 milyon dollara qədər olduğu bildirilir.

Qeyd edək ki, Buse-Volkan cütlüyünün 1 ay öncə ABŞ-da xəstəxanalardan birində Nil adlı qızları dünyaya gəlib. Əri Buseyə bu münasibətlə 310 min avro dəyərində “Mercedes” markalı avtomobil alıb.

Gununsesi.info