Erkan Petekkayadan pis xəbər

  • By admin
  • 03 Noyabr 2017 22:13


Hazırda “Kayıt Dışı” serialında baş rolda oynayan aktyor Erkan Petekkaya qəza keçirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı aktyor ticarət mərkəzlərindən birindən çıxıb avtomobilinə minərkən ayağı burxulub.

Dərhal xəstəxanaya aparılan aktyorun ayağının sındığı bildirilib və gipsə salınıb.

Erkanın ayağının sağalanadək çəkilişlərdən uzaq qalacağı açıqlanıb.
Gununsesi.info