Erməni hərbiçinin meyidi tapılıb

  • By admin
  • 04 İyul 2016 15:03

ermeni

 

Ermənistan Silahlı Qüvvələrinin Tovuş (Şəmşədin) rayonu ərazisində yerləşən hərbi hissələrinin mövqelərindən birində hərbi qulluqçunun meyidi tapılıb. Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb. Belə ki, həlak olan hərbiçinin bədənində odlu silahdan açılan güllə izləri aşkarlanıb.

Həlak olan hərbiçi Armavir rayon sakini Arsen Mxitaryandır. Hazırda hadisənin baş vermə səbəbi aydınlaşdırılır.

 

Gülnaz Qənbərli