“Ermənistanla Azərbaycan arasında anklav kəndlər məsələsi seçkilərdən sonra gündəmə gələ bilər və bu istiqamətdə müəyyən dəyişikliklərin baş verməsi ehtimal olunur”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında yekun anlaşma və sərhəd xəttinin müəyyənləşdirilməsi üzrə işlərin iyul ayında başlanması mümkündür.
Siyasi şərhçi qeyd edib ki, tərəflər arasında münasibətlərin normallaşması istiqamətində addımlar davam edir. Bununla yanaşı, regionda gedən yaxınlaşma prosesinə mənfi təsir göstərməyə çalışan qüvvələrin fəallığının artdığı da müşahidə olunur.
Şəbnəm












