Ermənistanda Baş Qərargah rəisi müavininin oğlu AVTOMOBİL QƏZASINDA ÖLÜB

  • By admin
  • 16 Yanvar 2018 13:14

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb. 

Gununsesi.info bu barədə apa-ya istinadən xəbər verir.

 

Hadisə bu gün səhər saatlarında İrəvandakı prospektlərdən birində baş verib. “Kia Sorento” markalı minik avtomobili yoldan çıxaraq Qetar çayına düşüb.

Hadisə nəticəsində sürücü ölüb. Bir nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Gununsesi.info