Eşton Karter: “ABŞ İraqa əlavə 600 hərbçi göndərəcək”

  • Müəllif: admin
  • 28 Sentyabr 2016 23:16

img2204242

 

ABŞ İŞİDlə mübarizə məqsədilə İraqa əlavə 600-dən çox hərbçi göndərəcək.

Gununsesi.info-nun “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.

“ABŞ İŞİD terror qruplaşması ilə mübarizə məqsədilə, o cümlədən Mosul şəhərinin terrorçulardan azad edilməsi üçün İraqa əlavə 615 hərbçi göndərəcək. Hərbçilər yaxın həftələrdə İraqa yollanacaq”, deyə E.Karter bildirib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

 

 

Gununsesi.info