Evlənmək istəyən 49nəfərdə siflis, 9 nəfərdə QİÇS AŞKARLANIB

  • By admin
  • 07 Mart 2017 13:28

nigah

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin fevral ayının sonuna qədər 249 050 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, fevral ayında müayinədən keçən 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Gununsesi.info