Evləndikdən 8 gün sonra şəhid olan ərinin məzarına gəlinlik paltarını sərdi - FOTOLAR

  • By admin
  • 20 Oktyabr 2017 09:48

9300e1

Bolunun Gerede rayonunda 25 yaşlı Dərya Sezər, evləndikdən 3 gün sonra Şimali İraqın Zap bölgəsində əməliyyata gedən və şəhid olan həyat yoldaşı 26 yaşlı çavuş İlhan Sezerin məzarına, toyda geyindiyi gəlinlik paltarını sərib.

Gununsesi.info-nun pressday.az-a  istinadən verdiyi xəbərə görə, anası toy üçün oğlunun 28 gün icazə alıb gəldiyini söyləyib.

“Əsasən şərqə xidmətə gedirdi. Toydan dərhal sonra da xidmətə getdi. Toy üçün 28 günlük icazə alıb gəlmişdi. Sonra icazə ləğv oldu, geri çağırdılar. Evləndikdən 3 gün sonra təkrar geri getdi”, – qadın deyib.

Ötən bazar ertəsi günü Şimali İraqın Zap bölgəsində PKK terrorçularının əl istehsalı partlayıcını partlatmasının ardından çıxan atışmada şəhid olan əsgərlərdən, Bolu 2-ci Desant Briqada Komandanlığında vəzifəli mütəxəssis çavuş İlhan Sezerin cənazəsi, məmləkəti Bolunun Gerede rayonuna bağlı Nuhören kəndində dəfn edilib.

İlhan Sezerin şəhid olmazdan 8 gün əvvəl, oktyabrın 8-də Gerede keçiriləntoyla evləndiyi Derya Sezer tabutu başında “Könlümün ağası” – deyib ağlayıb.

Əsgərlərin çiynində cənazə maşınına aparılan tabutun arxasınca gedən Derya Sezer toyda geyindiyi gəlinlik paltarını dəfn prosesindən daha sonra ərinin məzarının üstünə sərib.

_3414 9300e

Gununsesi.info