İstanbulda Fətullah Gülənin vəkili tutulub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin daha bir vəkili, Orhan Erdemli İstanbulda həbs olunub.
Qeyd edək ki, FETÖ/PDY ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində axtarışda olan Orhan Erdemli İstanbul Təhlükəsizlik Müdirliyi yanında Terrorla Mübarizə Şobəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.
Anar
Gununsesi.info