Fəhlə hotel binasından yıxılaraq dünyasını dəyişdi

  • By admin
  • 10 Oktyabr 2016 15:59

fd566d172eca2a1ce70f0eb16f3a52f8

Bakıda tikintidə faciəli hadisə baş verib.

Gununsesi.info bildirir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində tikilməkdə olan hotel binasında qeydə alınıb. Orada işləyən, 33 yaşlı Elçin Məmmədov binadan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info