Fərid Mansurov vitse-prezident vəzifəsindən İSTEFA VERDİ

  • By admin
  • 28 Sentyabr 2017 16:48
1430466208_1922245_306349452854946_1694965647386718446_n
Yunan-Roma güləşi üzrə olimpiya və iki qat dünya çempionu Fərid Mansurov istefa verib. 
Gununsesi.info “unikal.org”a istinadən məlumat verir ki, keçmiş güləşçi Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti postunu tərk edib.
Uzun müddətdir istefa verən çempion nədənsə, qərarıyla bağlı mətbuata açıqlama verməyib.
Qeyd edək ki, F.Mansurovun istefasına səbəb Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsində çalışması göstərilir.

Gununsesi.info