“Facebook” və “Instagram” prezidentin rəsmi səhifələrini bağladı

  • Müəllif: admin
  • 12 Aprel 2018 09:04

“Facebook” şirkəti Çeçenistan rəhbəri Ramzan Kadırovun akkauntlarının bağlanması ilə bağlı Rusiyanın sorğusuna cavab verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Roskomnadzorun rəhbəri Aleksandr Jarov bildirib.

Onun sözlərinə görə, “Facebook” bu addımı Kadırovun adının ABŞ-ın sanksiya tətbiq olunacaq şəxslər siyahısına düşməsi ilə əsaslandırıb.

“Sanksiya siyahısına düşənlərdən niyə məhz Kadırovun səhifələri bloklanıb sualımıza isə cavab ala bilməmişik”, – deyə A. Jarov qeyd edib.

Qeyd edək ki, R. Kadırovun həm “Facebook”, həm də “Instagram”dakı səhifələri bloklanıb.

Gununsesi.info