Fazil Mustafa : “Müsəlman oldular, fəqət insan olmadılar”

  • By admin
  • 05 İyul 2016 12:54

 

fazil-mustafa

 

 

“Bu terrorçular isə müsəlman olmuşlar, fəqət insan olmamışlar!”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə,  Banqladeşdə İŞİD qruplaşmasına aid olduğu bildirilən müsəlmanlar girov götürdükləri yapon vətəndaşlarının 7-sini Quran-i Kərimin ayələrini əzbərdən təkrarlaya bilmədiklərinə görə qətlə yetiriblər. O, deyib ki, Allah Quran-i Kərimi zorla insanlara oxutmaq istəyən bütün müsəlmanlara lənət etsin. “Dünyada və Azərbaycanda bu cür müsəlmanlara simpatiyası olan hər kəsi də Rəbbimiz bu lənətə şərik etsin! Orada Quranı əzbər söyləyə bilmədiyinə görə haqsız yerə öldürülən bütpərəst yaponlara Allah qəni-qəni rəhmət etsin! Bu yaponlar insan olmuşlar, ancaq müsəlman olmamışlar! Bu terrorçular isə müsəlman olmuşlar, fəqət insan olmamışlar!”-deyə, o, sonra qeyd edib.

Gununsesi.info