FHN: İtkin düsmüş neftçilərin axtarışı davam etdirilir

  • Müəllif: admin
  • 17 Dekabr 2016 14:05

xazar-1

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən faciə ilə bağlı növbəti açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində FHN Aviasiya dəstəsinin iki helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri iştirak edir.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Gununsesi.info