FHN məlumat yaydı - 11 NƏFƏR ÖLÜB, 58 NƏFƏR XƏSARƏT ALIB

  • By admin
  • 27 İyul 2017 17:22

partlayis132

Bu il Azərbaycanda baş verən partlayış hadisələrinin statistikası açıqlanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2017-ci ilin I yarısında respublika ərazisində  47  partlayış hadisəsi baş verib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə və ya 42% çoxdur.

Partlayışlar  zamanı 11 nəfər ölüb,  58  nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən  1 nəfər xilas edilib.

Gununsesi.info