FIFA-dan 1,5 milyon dollarlıq yardım

  • By admin
  • 26 İyun 2020 10:37

FIFA AFFA-ya 1,5 milyon dollar həcmində qrant ayırıb.

Gununsesi.org xəbər verir ki, bu pulun bir milyon dolları universal həmrəylik proqramı üçün, 500 min dolları qadın futbolunun inkişafı üçün nəzərdə tutulub.

Həmçinin, hər bir milli assosiasiya FIFA-dan 500 min dollardan maksimum beş milyon dollaradək kredit almaq üçün müraciət edə biləcək. Ancaq bu məbləğ federasiyanın illik gəlirinin 35 faizindən çox olmamaq şərtilə veriləcək.

Qeyd edək ki, sözügedən yardım koronavirus pandemiyası ilə əlaqədar futbol qurumlarının çətin duruma düşməsi ilə bağlı verilir. Bunun üçün FIFA 1,5 milyard dollar qrant ayırıb.

Gununsesi.org