Futbol klubunun prezidenti oyun zamanı öldü, matç təxirə salındı

  • By admin
  • 01 Sentyabr 2016 15:46
futbol
Şənbə günü “Bursaspor”-la yoldaşlıq matşı oynayacaq “Al-İttihad Jaddeh” Futbol Klubunun prezidenti- Səudiyyə Ərəbistanlı iş adamı Əhməd Məsud qaldığı oteldə ölüb.
Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa vilayətinin Sapanca   şəhərində baş verib. Belə ki Sapancada  məskunlaşan və matça hazırlaşan “Al-İttihad Jaddeh” Futbol Klubu gözlənilməz və dəhşətli hadisə ilə  üzləşiblər: futbol klubunun prezidenti Əhməd Məsud qaldığı otel otağında ölü tapılıb. Onun nəşi Gölcük Dövlət Xəstəxanasının morquna aparılıb.
Futbol Klubunun prezidentinin ölümündən sorna şənbə günü keçiriləcək futbol oyunu da təxirə salınıb.
Gununsesi.info