Füzuli sakininə məxsus evin dam örtüyü yanıb 

  • By admin
  • 21 Avqust 2017 09:40

yanan-ev

Füzulidə yanğın hadisəsi qeydə alınıb.  

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Böyük Bəhmənli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə və evə bitişik ümumi sahəsi 110 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Evin və köməkçi tikilinin qaqlqn hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info