
Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri -qanuni aksiya keçirməyə cəhd göstərib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı DİN yayıb. Polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb.
30 a yaxın iğtişaş iştirakçısı saxlanılıb.
İki polis əməkdaşının xəsarət aldığı bildirilir.
Musavat.com xəbər verir ki, yaralananlardan biri də Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevdir. Cinayətkar dəstə üzvlərinin kəsici alətlə – xəncərlə xəsarət yetirdiyi rəis müavininin durumu kəskin ağırdır.
Hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
Qeyd edək ki, icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə bu gün üçün aksiya çağırışları yayılıb.
Gununsesi.info