Azərbaycanda nə qədər dövlət qulluqçusu var?

  • By admin
  • 24 İyun 2026 08:29

Dünən Azərbaycanda Dövlət qulluqçuların peşə bayramı kimi qeyd olundu.

Mübarək olsun!

Statistikaya baxdım, maraqlı rəqəmlər var:

Ölkədə cəmi 27.3 min dövlət qulluqçusu var, onların 13.7 mindən çoxu Bakıda, 2.2 min nəfəri Naxçıvan MR-da, qalanları digər regionlarda fəaliyyət göstərir.

Dövlət qulluqçuları ölkədə ən yüksək maaş alanlardı, 400 manat məvacib təhlükəsi yoxdur.

Bakıda çalışanların orta aylıq maaşları 2600 manatdan çox, ümumi ortalama göstərici isə 2050 manatdır.

Yəni regionlarda çalışan dövlət qulluqçuları paytatdakı həmkarları ilə müqayisədə daha az qazanırlar.

Maraqlı məqamlardan biri də bu kateqoriyanın qulluq müddəti, cins və yaş tərkibidir:

 

1 ildən 10 ilə qədər stajı olanlar: 47,2%

​15 il və daha çox stajı olanlar: 27,4%

​1 ilədək stajı olanlar (yeni kadrlar): 6,6%

​Çalışanların yaş strukturunda gəncləşmə meyilləri müşahidə olunur. Belə ki, hazırda dövlət qulluqçularının təxminən 33%-i 35 yaşadək olan şəxslərdir.

Bu sektorda çalışanların təxminən 68 faizi kişilər, 32 faizə yaxını qadınlardı.

Elçin Rüstəmli

Gununsesi.info